STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 98-ci İLDONÜMÜNƏ HƏSR OLUNMUŞ “NAXÇIVAN-BƏŞƏRİYYƏTİN BEŞİYİ” V BEYNƏLXALQ RƏSM FESTİVALI

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 98-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ "NAXÇIVAN-BƏŞRİYYƏTİN BEŞİYİ” V BEYNALXALQ RƏSM FESTİVALI

 

  Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydar Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Naxçıvan-bəşriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Mayin 25-də Naxçıvan şəhərindəki "Saat Meydanı" Turistik İstirahət Mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılmışdır. Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasift Talıbov sərginin açılışında iştirak etmişdir.

  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri. Azarbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzayeva çıxış edərək demişdir ki, muxtar respublikada rassamlığın və təsviri sənətin inkişafı istiqamətində ardıcıl tadbirlər görülür. Ali Məclis Sadrinin Sərəncamı ilə bu il Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunur. Ötən dövrdə rəssamlıq sənatinin inkişafı diqqətdə saxlanılmış, ali təhsil ocaqlarında müvafiq ixtisaslar açılmış, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır. Rəssamlar Birliyi üçün yeni bina və emalatxana istifadəyə verilmiş, rəssamlardan 1-i Azerbaycan Respublikasının Xalq rəssamı, 1-i incəsənət xadimi, 5-i Azərbaycan Respublikasının, 6-sı isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildən başlayaraq "Naxçıvan-bəşəriyyətin beşiyi" Beynəlxalq Rəsm Festivalına start verilmiş, 4 beynəlxalq rəsm festivalı keçirilmişdir. Həmin festivallarda, ümumilikdə, 29 ölkədən 172 rəssamın 181 əsəri təqdim olunmuşdur. Ülviyyə Həmzəyeva göstərilən yüksək diqqət va qayğıya görə festival iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festival iştirakçılarını salamlayaraq demişdir: "Naxçıvan-bəsəriyyətin beşiyi" V Beynalxalq Rəsm Festivalı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuşdur. İki ildən bir keçirilən beynəlxalq rəsm festivalı artıq ənənə halını almışdır. Dünyada pandemiyanın yayılması festivalın keçirilməsinə mane olmadı. Əvvəlki festivallarda olduğu kimi bu ilki festivalda xarici ölkələrdən olan rəssamlar birbaşa deyil, öz əsərlərini göndərməklə iştirak ediblər.

  "Festivalın keçirilməsi əlamətdar təqvimə təsadüf edir. May ayında böyük şəxsiyyət Heydər Əliyev anadan olmuşdur. Eyni zamanda bu ay təbiət oyanır, gözəlləşir",- deyən Ali Məclisin Sədri bildirmişdir ki, təbiətin bu gözəl mövsümü rəssamlar üçün geniş yaradıcılıq imkanları açır, Festivallarda çəkilən əsərlər Naxçıvanın tarixini, təbiətini, miüasir inkişafını fərqli yanaşmalarla özündə əks etdirir. Hər festivaldan sonra həmin əsərlərdən ibarət kataloqlar hazırlanıb nəşr etdirilir. Bununla da festivallar tarixə çevrilir. Gələcəkdə həmin kataloqlara nəzər yetirənlər belə bir tədbirin ənənəvi şəkildə keçirildiyini görəcək va bunu davam etdirəcəklər.

  Ali Məclisin Sədri festival iştirakçılarına təşəkkür etmiş, rəssamlara yaradıcılıq uğurları arzulamış və sərgiyə baxmışdır.

  Bildirilmişdir ki, festivalda ölkəmizin digər bölgələrindən 18, Naxçıvan Muxtar Respublikasından isə 22 olmaqla, 40 rəssam iştirak etmişdir. Festivalda Türkiyə, İran, Rusiya, Özbəkistan, Türkmənistan və Kosovadan 23 rəssam onlayn şəkildə iştirak edərək Naxçıvana həsr olunmuş əsərlər çəkmişlər. Sərgidə rəssamların festivalda çəkdikləri 44 rəsm əsəri nümayiş olunur.

  Rəssamlardan Cavid İsmayılovun "Qayıdış", Eldar Qurbanovun "Festival", Arzu Novruzovun "Zəngəuar dəhlizi", Habibə Allahverdiyevanın "Həsrət bitdi. Naxçıvan", Səriyya Əkbərovanın "Güllü-çiçəkli Naxçıvanım”, Adil Yusifovun "Dağlar”, Hökümə Məmmadlinin “Naxışlar diyarı", Həbib Allahverdiyevin "Şuşa", Ülviyyə Həmzəyevanın "Üçqardaş piri", Nəsrullah Musayevin "Naxçıvan təbiəti", Nailə Əhmədovanın “Naxçıvan gözəlliyi”. Təranə Seyidin "Qoç daşlar", İrina Eldarovanın "Laləli Naxçıvan", Qəhrəman Tağıyevin "Haçadağ", Fikrət Babayevin Aza körpüsü" və digər əsərlər rəssamların zəngin təxəyyülünü və peşakarlığın ifadəsinə çevrilmişdir.

  Rəssamlardan Eldar Qurbanov və İrina Eldarova festivalın yüksək səviyyədə keçirilmasindən məmnunluqlarını bildirmiş, bundan sonrakı festivallarda da iştirak edəcəklərini qeyd etmişlər.

  Festivalda 2012-ci ildən etibarən keçirilən "Naxçıvan-bəşəriyyətin beşiyi” Beynalxalq Rəsm festivallarının, Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş "Yurdumun rəngləri" albom-kataloqları, eləcə də müxtəlif dövrlərdə nəşr olunmuş "Bəhruz Kəngərli", "İbrahim Safiyev" albom kataloqları, rəssam İqbal Həsənəlizadənin Naxçıvan abidələrinin həkk olunduğu “Qoç heykəli" maketi də nümayiş olunmuşdur.

  Ali Məclisin Sədri festivalda çəkilən əsərlərdən aidiyyəti üzrə muzeylərdə numayiş etdirilməsi barədə tapşırıqlar vermişdir.

  Sonda xatirə şəkli çəkdirilmişdir.

 

Qalereya