STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Bəhruz Kəngərli Muzeyində görkəmli fırça ustası ölümünün 102-ci ildönümündə yad edildi
Bəhruz Kəngərlinin zəngin irsi mədəniyyət xəzinəmizdə layiqli yer tutur. O, Azərbaycan boyakarlığında realizmin, Naxçıvanda teatr rəssamlığının təməlini qoyub, ölkəmizdə sərgi mədəniyyətinin ilk carçısı olmuşdur.
Görkəmli fırça ustasının yaradıcılığı Ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
2002-ci il iyun ayının 18-də məhz dahi liderin iştirakı ilə Bəhruz Kəngərli Muzeyinin açılışı olmuşdur.
Ölkə başçısı İlham Əliyevin “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncamı ilə fırça ustasının yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur.
Bəhruzbəy Kəngərlinin yaradıcılığı Naxçıvan memarlıq tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyət kəsb etmiş, elm adamları üçün tədqiqat obyektinə çevrilmişdir.
Bəhruzbəy Kəngərli irsi bu gün də Naxçıvan rəssamları tərəfindən qorunub saxlanılır.