STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq edilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən muxtar respublikanın yubileyinin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi üzvlərinin seçimi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq edilib. 

Ətraflı
Loqotipin müəllifi Naxçıvan Rəssamlar Birliyinin üzvü Nahid Əliyevdir. 

Loqotipdə Naxçıvanın rəmzi olan Möminə xatun türbəsinin naxışları ilə əks etdirilən 100 rəqəminin aşağı hissəsində bayraq rənglərindən istifadə olunub. 

Loqotipin sol aşağı hissəsində isə “1924-2024 Naxçıvan Muxtar Respublikası” sözləri yazılıb. 

Burada, ilk növbədə, 100 rəqəmi diqqəti cəlb edir. Bu Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ilini ifadə edir. 100 rəqəmindəki "1" rəqəmi həm də Möminə xatun abidəsini xatırladır. 

Rəqəmdəki sıfır işarələri isə həm də dairəni xatırlatdığından irəli, hərəkətə aid simvollardır. 

Loqodakı bayraq rənglərini əks etdirən yol irəli getməyi göstərir. Loqonun sol aşağısında həm "Naxçıvan Muxtar Respublikası" sözləri yazılmış, həm də "1924-2024" rəqəmləri verilmişdir. Bunlar loqonun mahiyyətinin göstəricisidir.

  22-02-2024 18:37