STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Sabir Məmmədovun Naxçıvan Muxtariyyətinin 100 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilmişdir.

15 fevral Naxçıvan Dövlət Rəsm  Qalereyası' nda, əməkdar rəssam Sabir Məmmədovun Naxçıvan Muxtariyyətinin 100 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilmişdir.


Ekspozisiyada rəssamın çoxşaxəli yaradıcılığından rəngkarlıq, qrafika, dəmir üzərində döymə, taxta üzərində oyma nümunələri sərgilənirdi.
Sərgidə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi' nin müavini Həsən Seyidov, Rəsm Qalereyasının müdiri Hökümə Məmmədli, Naxçıvan Rəssamlar Birliyi' nin sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva, Ali Məclisin deputatı, əməkdar rəssam Həbibə Allahverdiyeva çıxış edərək, rəssamın həyat və yaradıcılığına aid, Naxçıvan rəssamlıq məktəbinin nümayəndələri və Naxçıvan rəssamlarının Azərbaycan təsviri sənətində rolu haqqında, sənətə olan dövlət qayğısından söz açıblar.
Sabir Məmmədov öz növbəsində keçirilən sərgi üçün minnətdarlığını bildirərək,  hər kəsi sərgiyə tamaşa etmək üçün dəvət etmişdir.
Ekspozisiyada rəssamın 40 əsəri yer tutmuşdur ki, onlardan 4-nü qalereyaya hədiyyə edərək, sənətin yaşadılması üçün öz töhfəsini vermişdir.

  22-02-2024 18:39
Qalereya