STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtariyyətinin 100 illiyinə həsr olunmuş "Karikatura" adlı uşaq sərgisi keçirilmişdir.

16 fevral Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtariyyətinin 100 illiyinə həsr olunmuş "Karikatura" adlı uşaq sərgisi keçirilmişdir.


Sərgidə Naxçıvan MR Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev və "Art Class" Uşaq Rəsm kursunun rəhbəri Türkan Əsədova çıxış edərək uşaq yaradıcılığına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan, sərgilərin önəmindən geniş fikir bildirmişlər. Qonaqlar çıxış edərək, balaca müəllifləri təbrik etmişlər.
Sonra, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın təbriklərini çatdırıb, uşaqlara təşəkkürnamələr təqdim olunmuşdur.
Sonda, sərgiyə baxış olmuş və xatirə şəkli çəkdirilmişdi.
İstedadlı uşaqlarımıza gələcəkdə uğurlar arzu edirik!

  22-02-2024 18:43
Qalereya