STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Gözəl yurdum” adlı plener təşkil olunub. Babək rayon Vayxır kəndinin təbiət mənzərələrini özündə ehtiva edən plenerdə 12 rəssam iştirak edib. Plenerin təşkilində əsas məqsədlərdən biri də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsidir. Qeyd edək ki, plenerdə işlənilən əsərlər 29 may tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş olunacaq. Hər kəsi dəvət edirik!
Reportaj: Aida Ibrahimova
Foto: Araz Xudiyev
25-10-2025 14:19