STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Mirilqar Seyidovun ustad dərsi keçirilmişdir

Mirilqar Seyidovun ustad dərsi keçirilmişdir

12 iyun Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda "Konstitusiya və Suverenlik ili "çərçivəsində, 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş Naxçıvan Rəssamlar Birliyinin üzvü Mirilqar Seyidovun ustad dərsi keçirilmişdir.

Ustad dərsində ali və orta təhsil müəssisələrinin tələbələri iştirak edərək, yağlı boya ilə naturadan portretin işlənmə texnikasını izləmiş, onları maraqlandıran sualları vermişlər.

Ustad dərsini, sənətşünas Nizami Alıyev təşkil etmişdir.

  26-10-2025 16:47
Qalereya