STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Rəssam İlham İsmayılovun "Hicrət" adlı fərdi sərgisi keçirilmişdir
29 sentyabr 2025-ci ildə Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda rəssam İlham İsmayılovun "Hicrət" adlı fərdi sərgisi keçirilmişdir.
Sərgini açılış nitqi ilə Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həməzyeva açaraq, rəssam və onun əsərləri barəsində geniş məlumat verib. Bildirilib ki, sürrealistik üslubda işlənən əsərlər, rəssamın bu üslub yaradıcılarından onun öz fəlsəfə prizmaıbdan baxışı fərqləndirir.
Sərgidə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Naxçıvan MR Rəssamlar Birliyinin fəaliyyətini yüksək qiymətləndirmiş, Naxçıvan rəssamlıq məktəbinin nümayəndələri haqqında və keçirilən sərgi haqqında təəssüratlarını bildirmişdur. Rəssamı təbrik etmişdir.
Sonra, rəssamı təbrik nitqi ilə Ali Məclisinin deputatları Şəhla Əhmədova, Gülxarə Tarverdiyeva, Naxçıvan Müəllimlər İnstitunun əməkdaşı Rövşən Vəliyev, Naxçıvan Rəssamlar Birliyinin Heyət üzvü Səyyad Bayramov , rəssamın dostları çıxış etmişlər.
Sərgimiz həftə ərzində davam edəcəkdir.
Sərgidə Naxçıvan Televiziyası, NDU-nin nəzdində Musiqi Kolleci, Naxçıvan Müəllimlər İnstitu, Naxçıvan Dövlət Universiteti, AMEA-Naxçıvan bölməsi, dövlət və hökümət nümayəndələri, NRB-nin üzvləri, əməkdaşları və dostları iştirak edib.