STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Layihə “Karvan” incəsənət qrupu tərəfindən təqdim olunur.

Layihə “Karvan” incəsənət qrupu tərəfindən təqdim olunur.

“Fobiya” sərgisi insanın qorxu ilə qarşılaşdığı anları incəsənət vasitəsilə araşdırır. Hər bir rəssam bəzən real, bəzən xəyali olmaqla öz fobiyasını özünəməxsus üslubda ifadə edir. İnsan psixikasının qaranlıq tərəflərinə poetik və rəmzi bir perspektiv təqdim edən bu sərgi ziyarətçiləri öz daxili qorxuları üzərində düşünməyə və onları anlamağa dəvət edir. “Fobiya” sərgisi həm fərdi emosiyaların, həm də kollektiv həyəcanların bədii ifadəsidir.

Sərgidə rəssamlar Cavid Məmmədov, Ülviyyə Həmzəyeva, Teymur Qəribov, Rauf Şamilzadə, Ülvi Yadigarlı, Murad Zeynal, Məhərrəm Əli, İlqar Tahirli, Hüseyn Kəngərli, Röya Həsən, Vəfa Vəliyeva, Aynurə Mustafayeva, Günay Bəylərova və Vüsalə Şərifovanın əsərləri nümayiş etdirilir.“Bu sərgidə hər birimiz daxili səsimizi boya vasitəsilə ifadə etdik. Qrup sərgimizin mövzusu dərin psixoloji təbəqəyə malikdir. “Fobiya” insanın daxili dünyasının sükutunda, şüuraltında gizlənmiş görünməz qorxulara, narahatlıqlara və emosiyalara bədii baxışdır. Layihənin əsas məqsədi bu qorxuları vizual dil vasitəsilə ifadə etməklə cəmiyyətə, xüsusən də gənclərə mesaj çatdırmaqdır. Qorxularımızdan qaçmamalıyıq, əksinə, onları qəbul etməli və incəsənət vasitəsilə köklərinə işıq salmalıyıq. Bu sərgidə əsərlərimi təqdim etdim: “Bu səs... məni dəli edir!”, “Kifayət qədər hava almıram! Boğuluram!” və “İlahi işıqdan qorxma! Ona etibar edin”. Hər bir əsər sərgiyə gələnlərə yalnız qorxunu deyil, həm də onun altında yatan insani hissləri - sevilmək, qorunmaq, yaşamaq, etibar etmək, azad olmaq arzusunu göstərir. “Fobiya” sərgisi cəmiyyətin psixoloji vəziyyətinə və gənclərin daxili narahatlıqlarına bədii cavab olaraq yarandı. Bu layihə izləyicini sərginin bir hissəsinə - sadəcə bir tamaşaçıya deyil, həm də öz daxili qorxularının şahidini çevirir”, -deyə rəssam qeyd edib.

Sərgi noyabrın 17-dək davam edəcək.

  14-11-2025 15:46
Qalereya