STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adina Sərgi salonunda fotoqraf Rafayil Rzayevin "ÇərçivəSiz" adlı fotosərgisi nümayiş olunur.
"ÇərçivəSiz" sərgisində fotografin 2015-2025-ci İllər ərzində Naxçıvanın müxtəlif məkanlarında lentə aldığı fotolar yer alıb. Sərginin əsas ideya xəttini şəhər mühitinin ayrılmaz, lakin çox zaman diqqətdən kənardə qalan detalları təşkil edir. Xüsusile fotolarda məkanla kontrast yaradan, vizual olaraq çərçivəyə salınmış qaz boruları bədii və simvolik yanaşma ilə təqdim olunur.
Müllif bu fotolar vasitəsilə urban mühitin estetikası, insanla məkan arasındakı münasibət və gündəlik həyatın gözə görünməyən tərəflərinə diqqət çəkməyi qarşısına məqsəd qoyub.
Fotosərgi Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi salonunda sənətsevərlərin ixtiyarındadir.
Fotosərgi 14 yanvar tarixinədək sənətsevərlərin ziyarətinə açıqdır.
08-01-2026 17:30