STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Şanlı Tariximizin Qəhrəmanlıq Salnaməsi

19 yanvar 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 20 yanvar ümummilli hüzn gününə həsr olunan “Şanlı tariximizin qəhrəmanlıq salnaməsi” adlı sərgi keçirilib.

Sərgidə mövzuya uyğun olaraq 14 rəssamın 30 rəsm əsəri sərgilənir.

Sərgidən öncə, Ulu Öndər Heydər Əliyevin və torpaq bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardından Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Milli Məclisin üzvü Ülviyyə Həmzəyeva sərgi və əsərlər haqqında məlumat vermişdir.

Sərgidə Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Naxçıvan MR Ali Məclisinin sədr müavini Arzu Abdullayev,

Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya, Naxçıvan Dövlət Universitetinin Rektoru Elbrus İsayev, YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərov, Ali Məclisinin deputatları iştirak ediblər.

Sərgiyə baxış üçün Naxçıvan MR Rəssamlar Birliyinin üzvləri, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları dəvət olunmuşdur.

  27-01-2026 15:20
Qalereya