STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Gələcək bizimlə gələcək"

29 yanvar 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 02 fevral gənclər gününə həsr olunan “ Gələcək bizimlə gələcək” adlı sərgi keçirilib.

Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin və torpaq bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sərgidə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva təşkilatın yaranma tarixindən, rəssamlara dövlət qayğısından söz açaraq, sərginin mahiyyəti barədə geniş məlumat verib.

Sonradan çıxış edən Rəssamlar Birliyinin üzvləri, mötəbər qonaqlar və gənc rəssamların ailə üzvləri

gənc rəssamlara ünvanlanan təbrik çıxışları ediblər.

Sərgi çərçivəsində 18 nəfər gənc rəssama üzvlük vəsiqələri və diplomlar təqdim edilib.

Yeni Azərbaycan Partiyasının Şəhər Təşkilatının sədri Elman Cəfərov YAP fəal gəncləri təltif edərək, gənc rəssamlara hədiyyələr təqdim edib.

Sərgidə 18 gənc rəssamın 54 rəsmi nümayiş olunur.

Sərgi həftə ərzində şəhər sakinlərinə və qonaqlara açıqdır.

  02-02-2026 16:16
Qalereya