STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Xocalı Faciəsi

26 fevral 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B. Kəngərli adına Sərgi Salonunda Xocalı Faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı Faciəsi” adlı sərgi keçirilib.

Sərgini Rəssamlar Birliyinin əməkdaşı, sənətşünas Nizami Alıyev açaraq Xocalı faciəsinin tarixi və bu günün önəmi haqqında çıxış edib.

Sonra, əməkdar rəssam Həmzə Sadiqov, Qəhrəman Tağıyev, Tapdıq Həmzəyev, Naxçıvan Hərbi Kollecinin müəllimi, ehtiyatda olan polkovnik

İnayət Muxtarov, Milli Qəhrəman Yusif Mirzəyevin bacısı Naibə xanım, liseyin kursantı çıxış edərək sərginin önəmindən danışıblar.

Naxçıvan Rəssamlar Birliyinin yeni üzvü Ülviyyə Məmmədova tərəfindən çəkilmiş Milli Qəhrəman Yusif Mirzəyevin portreti, şəhidin ailəsinə hədiyyə olunub.

Sərgidə 16 rəssamın mövzuya uyğun 28 əsəri nümayiş etdirilib.

  01-04-2026 15:43
Qalereya