STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
8 may, 2026 -cı il tarixində Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" adlı sərgi təşkil olunub.
Sərgidə, Naxçıvan MR Ali Məclisinin deputatı, Əməkdar rəssam Həbibə Allahverdiyeva, Yazıçılar Birliyinin sədri, Xalq şairi Asim Yadigar, AMEA Naxçıvan Bölməsi incəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu, Naxçıvan Rəssamlar Birliyinin Heyət üzvü, Əməkdar rəssam Əli Səfərli, Gənc Rəssamlar Birliyinin üzvü Röya Musayeva çıxış edərək, Ulu Öndər Heydər Əliyevin keçdiyi yola nəzər salmışlar.
Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həməzyeva gələn qonaqları bir daha salamlamış, sərginin mahiyyəti barədə məlumat vermişdir. İştirakçılara, mötəbər qonaqlara iştirak etdikləri üçün minnətdarlığını bildirərək, sərgiyə baxmağa dəvət etmişdir
Sərgidə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparat rəhbərinin müavini Fazil Məmmədov , Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, Ali Məclisin deputatları, Mədəniyyət Nazirliyinin əməkdaşları, Rəssamlar, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, şəhər sakinləri, media nümayəndələri iştirak etmişlər.
08-05-2026 14:44