STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Sabir Mehdiyev

MEHDİYEV Sabir Nağı oğlu 09.03.1952 Mingəçevir şəhərində anadan olmuşdur. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968-1972) və Tiflis Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq şöbəsində thsil amışdır (1972-1978). Azərbaycan Rəssamlar İttifaqının (1978) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü (2012). Rəssam Türkiyə Respublikasında yaşayır və qadaş ölkədə yaradıcılıq ilə məşxuldur. Eskişəhər Bələdiyyəsi Mədəniyyət Mərkəzində, Eskişəhər Dövlət Sənət Qalereyasında və İstanbul-Aya Sofia Muzeyində fərdi yaradıcılıq sərgiləri keçirilmişdir. Tiflis Dövlət Sənət Qalereyası, Bakı Dövlət Sənət Qalereyası, Moskva “Mars” Qalereyası, Moskva “Ekspress Avanqard” Qalereyası, Vyana “Ekspres Avanqard” Qalereyası, İstanbul “Avrasiya” Qalereyası, Kadıköy Bələdiyyəsi “Caddebostan” Mədəniyyət Mərkəzi, Bəyoğlu Bələdiyyəsi Rəsm Qalereyası, Eskişehir Dövlət Rəsm Qalereyası, Ankara “Milli Lotereya Taleh Quşu” Sənət Qalereyalarında və çoxsaylı qarışıq sərgilərdə iştrak etmişdir. İzmir-Beynəlxalq Rəsm Festivalının iştirakçısıdır. Əsərləri Rusiya, Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, Avstriya, İngiltrə, İtaliya, Fransa, Kanada, İspaniya, Avstralya, Yeni Zellandiya, İsveç, Hollandiya, Səudiyyə Ərəbistan, Braziliya və digər ölkələrdə şəxsi kolleksiyalarda qorunub saxlanılır.