STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Həbibə Allahverdiyeva

ALLAHVERDİYEVA Həbibə Rəşad qızı 09.06.198-ci ildə Şahbuz rayonu Külüs kəndində anadan olmuşdur. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2014). Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2019). Dosent (2021). Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiridir(2020). Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət müəllimi ixtisası üzrə bakalavr (2002) və Pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr pillələrini bitirmişdir (2004). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə etmişdir (2018). V və VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Deputatı seçilmişdir. Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin (2012) üzvüdür. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında butaforçu – dekoratorçu rəssam vəzifəsində çalışmışdır (2001-2005). Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müəllim (2005-2019) və kafedra müdiri (2019-2020) vəzifələrində işləmişdir. Yaradıcılığında ümummilli lider Heydər Əliyevin öbrazları üstünlük təşkil edir. Rəssamın bu silsiləyə həsr etdiyi obrazlar içərisində “Ulu öndərin portreti” və “Türk dünyasının ümummilli lideri” adlı əsərləri xüsusilə diqqəti cəlb edir. Onun “Azərbaycan yurdum mənim”, “Ad günü”, “Zəriflik” tematik kompozisiyaları, “Nuhçıxan”, “Haça dağ” mənzərələri, “Günəbaxan”, “Heyvalar”, “Narlar”  natürmorları və s. bu kimi əsərləri istər kompozisiya, istərsə də zəngin milli kolorit baxımından uğurlu əsərlər sayıla bilər.O, bir neçə dəfə keçirdiyi fərdi sərgilərilə sənətsevərlərinə və tamaşaçılara hesabat vermişdir. 2002, 2008-ci illərdə Naxçıvan Dövlət Universitetində, 2017-ci ildə Naxçıvan Rəssamlar Birliyin sərgi salonunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Rənglərdə zamanın təcəssümü" adlı və həmin ildə Bakı şəhərində Vəcihə Səmədova adına sərgi salonunda "Nuh yurdunun rəngləri" adlı fərdi sərgilər keçirmişdir. Allahverdiyeva Həbibə Respublikamızda və dünyanın müxtəlif ölkələrində keçiriləb bir çox sərgilərə də qatılmışdır. Belə ki: ABŞ-da – oktyabr 2000-ci ildə “Western Sprinqs” Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avraasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayındaTəşəbbüskarlıq-Ticarət sərgisində, Türkmənistan Respublikasında keçirilən qarışıq sərgidə (2009), "Payız düşüncələri" Naxçıvan (2011), Türkiyə Respublikası Qars Qafqaz Universiteti (2012), Ərzurum, Trabzon (2019), Bakı (2011,2013,2014) və digər ölkələrdə keçirilən sərgilərdə iştirak etmişdir. Həbibə xanım bir çox beynəlxalq müsabiqələr və festivallarda da iştirak çısı olmuşdur. O cümlədən “Naxçıvan – bəşəriyyətin beşiyi” I, II, III, IV və V Beynəlxalq Rəsm Festivalınında (2012, 2014, 2016, 2018, 2021), Türkiyədə Muğla-Fətihədə "Dənizlərimiz-Rənglərimiz" adlı I və II sualtı rəsm festivalında iştirak etmişdir. Sualtında rəsm çəkən ilk azərbaycanlı qadın rəssamdır. 25 dən çox elmi və publistik məqalələrin müəllifidir. Əsərləri: Naxçıvan Dövlət Rəsm Qalereyasında, Hüseyn Cavidin Ev Muzeyində, Bəhruz Kəngərli Muzeyində, Xatirə muzeyində, Türkiyədə, İran, Amerika Birləşmiş Ştatlarında və bir çox şəxsi kolleksiyalarda saxlanılır.