STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Rəsul Xəlilov

XƏLİLOV Rəsul Xəlil oğlu 20.07.1953-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub və 30.12.2017-ci ildə həmin kəntdə vəfat edib. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1973-1980). Azərbaycan Rəssamlar İttifaqının (1984) və Naxçıvan MR Rəsssamlar Birliyinin üzvü idi (2012). Şahbuz rayon Uşaq-Gınclır Yaradıcılıq Mərkəzində rəsm dərnəyinin rəhbəri vəzifəsində işləyirdi (1984-2017). Naxçıvan MR Rəssamlar Birliyinin sərgilərində daima iştirakçı idi. Əsərləri Naxçıvan şəhərində və Şahbuz rayonunda bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.