STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
ƏLƏKBƏROV Məhəmmədəli Şəmil oğlu 03.03.1954-cü ildə Babək rayonunun. Qahab kəndində anadan olmuş və 20.12. 2020-ci ildə həmin kəntdə vəfat etmişdir. Rəssam-rəngkar Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2011). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1971-1975) və Stroqonov adına Moskva Ali Rəssamlıq Məktəbində təhsil almışdır (1980-1985). Azərbaycan Rəssamlar İttifaqının (1988) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü (2012). 1998-ci ildə Türkiyə Cumhuriyyətinin Naxçıvan Başkonsulluğunun Kültür Mərkəzində, 2008, 2012, 2014-cü illərdə isə Naxçıvan Rəssamlar Birliyinin Sərgi salonuunda fərdi sərgisi olmuşdur. Türkiyənin Ankara şəhərin “Tobav” Sənət Qalareyasında (1995), “Başaq” Sənət Qalareyasında (1996-2000). “İlhan” Sənət Qalareyasında (1996), “Üç dokkuz” Sənət Qalareyasında (1997), “Dam” Sənət Qalareyası (2000-2006). “Türksav” Sənət Qalareyasında (2000), “Şəhər Klubu” Sənət Qalareyasıında (2000), “Nefertiti” Sənət Qalareyası (2007), Van 100-üncü il Universitetində (1998), İstanbul, “Perpa” Ticarət Mərkəziində (2000), Mersin “Görsəl” Sənət Qalareyasında (2001) və Bursa “Mado” Sənət Qalareyasında (2006) fərdi sərgiləri olmuşdur. Naxçıvanda keçirilən “Naxçıvan- bəşəriyyətin beşiyi” I, II, III və IV (2012, 2014, 2016, 2018) Beynəlxalq Rəsm Festivallarının və 2019-cu ildə Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsinin iştirakçısı olmuşdur. Bir çox xarici ökələrdə keçirilən qarışıq sərgilərdə iştirak etmişdir. O cümlədən: Fransa, İtaliya Beynəlxalq Keramika müsabiqəsində (1987), Cənubi Koreya Seul-No-Am Qalareyasında (1990), Moskva Ekspres Avanqard Qalareyasında (1990-1991), Berlin Ekspres Avanqard Qalareyasında (1991-1993), Paris Ekspres Avanqard Qalareyasında (1992), Karakas Venesuela Ekspres Avanqard Qalareyasında (1992), İstanbul Avrasiya rəsm Qaleriyasında (1993), Marmarada Azərbaycan rəsmların sərgisində (1994), İzmir “Avrasiya” rəsm Qalareyasında (1994), Moskva “Şərq” Rəsm Qalareyasında (1994), Ankara “Ziraat” Kültür Mərkəzidə (1995) , Əskişəhər Gözəl Sənətlər Qalareyasında (1997), Bodrum “Haluk Elbe” Qalareyasında (1997), Ankara III “Türk Dünyası Rəsm Sərgisində (2000, 2001, 2003-2007). Ankara “İngilis” Kültür Mərkəzi Rəsm Sərgisində (2001), Bakı Beynəlxalq Qız Qalası Festivalı (2015), Adana Beynəlxalq Türk Dünyası Festivalı (2018) və digər festival-sərgilərdə iştirak etmiş, qatılmışdır. Rəssamın əsərləri: Naxçıvan Dövlət Rəsm Qalereyasında, Türkiyənin İstanbul, Ankara, Rusiyanın Moskva, ABŞ-ın Florida,Vaşinqton, İngiltərənin London, Koreyanın Seul, Fransanın Paris, Almaniyanın Berlin, Avstriyanın Viyana şəhərlərində, Yaponiya, İsveç, Hollandiya, İsrail, İtaliya, Avstraliya, Letonya, Venesuella və bir çox digər ölkələrdə şəxsi koleksiyalarda saxlanılır.