STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Məhəmmədəli İsmayılov

İSMAYILOV Məmmədəli Namazəli oğlu 20.06.1933-cü ildə Ordubad rayonunda anadan olmuş və 21.08.2010-cu ildə Bakı şəhərində vəfat etmişdir. Rəssam. Azərbaycan Respublikasının Əməkdar rəssamı (1992). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1959-1964). SSRİ Rəssamlar İttifaqının üzvü idi (1970). 1970-ci ildə Naxçıvanda, 1990-cı ildə isə Bakı şəhərində fərdi sərgisi olmuşdur. Xarici ölkələrdə keçirilən bir çox qarışıq sərgilərdə iştirak etmişdir. O cümlədən əsərləri: Yaponiya, Fransa, Almaniya, Rusiya, Ukraina, Moldava, Türkmənstan, Özbəkstan, Gürcüstan. Türkiyə İran və digər ölkələrdə sərgilənmişdir (1986-2010). Əsasən mənzərəçi rəssam kimi tanınsa da, digər janrlarda da çəkdiyi mükəmməl əsərləri ilə Azərbaycan rəssamlıq tarixində özünə məsus yer tutur. Əsərləri təsvir dilinin sadəliyi, emosionallığı ilə yadda qalır. Rəssamın – “Xal-xal”, “Batabat”, “Kültəpə”, “Uzunoba”, “İlanlı dağ”, “Badam bağları”, “Araz-ümümxalq dərdi,ürək yarasıdır”, “Şahbuz yolları”, “Dədə-baba yurduna aparan yollar”, “Əlincə Qalası-yenilməzlik simvolu”, “Mərdlik rəmzi-Haça dağ”, “Köhnə Naxçıvan”, “Arazda qürub”, “Balla qaya”, “Sirab dağı” adlı mənzərələri, “Ana”, “Davamçı”, “Nüseyn Cavid”, “Koroğlu” kimi portretləri, “Cəmşid Naxçıvanski Moskvada”, “Tapşırıq”, “Düşüncələr”, “Şeyx Sənan”, “Cəlil düşünərkən”, “Nəhayətsiz ana məhəbbəti”, “Doğma ocaq”, “İnsanın ümumbəşəri hissi olan sülh” mövzusunda olan tematik kompozisiyaları və başqa əsərləri diqqəti daha çox cəlb edir. Əsərləri Almaniya, Yaponiya, Fransada, Ukraina, Moldava, Türkmənstan, Özbəkstan, Gürcüstan. Türkiyə İran kimi xarici ölkələrdə, Bakıda, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Cəmşid Naxçıvanski Muzeyində, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.