STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Nəriman Əliyev

ƏLİYEV Nəriman Əlibəy oğlu 14.08.1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur və 26.01.2002-ci ildə həmin şəhərdə vəfat etmişdir. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1966- 1972). SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü idi (1982). C.Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrnda quruluşçu rəssam vəzifəsində işləmişdir (1972-1975). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi bütün sərgilərdə fəal iştirak etmişdir (1987-2002). 2000-ci ildə Naxçıvan Rəssamlar Birliyinin sərgi salonunda “Fəryad” adlı fərdi sərgi keçirmişdir. Rusiyanın Leninqrad (1983), Türkiyənin İğdır (2001), Bakı (2001, 2002) və Azərbaycanın digər şəhərlərində keçirilən sərgilərə qatılmışdır. Rəssamın yaradıcılığında doğma diyarı Naxçıvanın füsünkar mənzərələri, tarixi-memarlıq abidələrini ustalıqla vəsf etmişdir. Onun: “İlanlı dağ”, “Axşamçağı”,  “Haça dağ”, ”Dağ nəğmələri”, “Doğma dağlar”, “Əlincə körpüsü”, “Tarixi abidə”, “Mənzərə”, “Nəiminin qəbri”, “Xatirə”, “Natürmort”, “Mənzərə”, “Payız”, “Atlar”, “Batabat yolu” və əsərlərini göstərmək olar. Rəssamın əsərləri Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Cəmşid Naxçıvanski Muzeyində, Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.