STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Babək Abazərli

ABAZƏRLİ Babək Qəzənfər oğlu 23.02.1944-cü ildə Naxçıvan şəhərində anadan olub və 30.01.2000-ci ildə həməin şəhərində vəfat edib. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir (1964-1968). Azərbaycan Rəssamlar İttifaqına üzv idi (1973). 1989-2000-ci illərdə Azərbaycan Rəsssamlar İttifaqı Naxçıvan Təşkilatnın sədri seçilmişdir. Yaradıcılığında Naxçıvan mövzusu üstünlük təşkil edr. Əsərlərində sadə Naxçıvanlıların portret cizgiləri, həyat və məişətini əks etdirən tematik kompozisiyalar və Naxçıvan diyarının füsunkar mənzərələri üstünlük təşkil edir. Onun “Qış”, “20 Yanvar günü”, “Pəncərəyə atəş”, “Nəhəcir”, “Gəmiqaya”, “Qaratəpə”, “Haca dağ”, “Arazın suları”, “Yağışdan sonra”, “Dağlarda bahar”, “Sirab Dağları”, “Vayxır kəndi”, “Bahar”, “Köhnə Ordubad yolu”, “Əfsanəvi dağlar”, “Günorta” və c. bu kimi əsərləri lakonuk biçiminə və kompozisiya tamlığına görə fərqlənən əsərlərdəndir. Rəsmın əsərləri Naxçıvan, Bakı, Moskva, Sankt-Peterburq, Kiev, Xarkov, Tallin, Tiflis, Aşqabad, Urmiya, Təbriz, İstanbul, Ankara, Kars, İğdır və digər şəhərlərdə uğurla nümayiş olunub. Əsərləri Naxçıvan Dövlət Şəkil Qalereyasında, Naxçıvan MR Rəssamlar Birliyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.