STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

İsmayıl Əliyev

ƏLİYEV İsmayıl Həsən oğlu 03.12.1958-ci ildə Naxçıvan şəhərində anadan olub və 28.06.2007-ci ildə həmin şəhərdə vəfat edib. Rəssam-rəngkar. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1979). Azərbaycan Rəssamlar İttifaqının üzvü idi (1987). Naxçıvan MR Rəssamlar Birliyinin sərgilərində fəal iştirak edib (2000-2007). Yaradıcılığında özünə məxsus kompozisiyalar və portret janrında işlədiyi əsərlər üstünlük təşkil edir. Onun “Əcəmi Əbubəkr oğlu Naxçıvani”, “Nəsrəddin Tusi”, “Əzim Əzimzadə”, “Cəlil Məmmədquluzadə”, “Şah İsmayıl Xətai”, “Hüseyn Cavid” və “Bəhruz Kəngərli”yə həsr etdiyi portretləri misal göstərmək olar. Əsərləri: Naxçıvan Dövlət Rəsm Qalereyasında, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Bəhruz Kəngərli Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.