STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
SEYİDOV Mircəlil Mirələkbər oğlu 22.02.1948-ci ildə Naxçıvan şəhərində anadan olub və 18.06.2009-cu ildə həmin şəhərdə vəfat edib. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi (1982). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1966-1972) və V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbində təhsil alıb (1974-1979). SSRİ rəssamlar İtifaqının (1981) və Azərbaycan Rəssamlar İttifaqının üzvü idi (1991).1987-1989-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının sədri olub. 1999-2004-cü illərdə Türkiyənin Antalya şəhərində “Ağdəniz Universitet”ində gözəl sənətlər fakültəsində müəllim və 2004-2005-ci illərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Təsviri və Dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri vəzifələrində işləmişdir. Eyni zamanda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam kimi Hüseyn Cavidin “Şeyx Sənan” (1982), “Ana” (1983), Mikayıl Müşviqin “Yenə o bağ olaydı” (1988) və s.əsərlərə uğurlu səhnə tərtibat vermişdir. Xarici ölkələrdə 11 fərdi yaradıcılıq sərgisi keçirmişdir. Ocümlədən: Bolqarıstanda (1983), Türkiyədə (1993, 1995, 1997. 1999-2004), Hollandiyada (1999) və Almaniyada (2000) kecirdiyi fərdi yaradıcılıq sərgiləri ilə sənətsevərlərin diqqətini cəlb edə bilmişdir. 1972-ci ildən omrünün sonuna kimi Respublika, ümumittifaq və beynəlxalq sərgilərdə Naxçıvan rəssamlarını tanıtmış və ən üst səviyyədə təmsil etmişdir. Əsərləri Azərbaycan Mədəniyyət Nazirliyində, Azərbaycan Bədii Fondunda, keçmiş SSRİ Rəssamlar İttifaqında, Moskvadakı Tretyakov Qalereyasında, Avropa və ABŞ-da, o cümlədən: Almaniya, Avstrya, Fransa, İsveç, İspaniya, İtaliya, Hollandiya, Polşa, İngiltərə, Bolqarıstan, Kanada, Brazilya, Venezuella, Sinqapur, İsrail, Türkiyə kimi xarici ölkələrdə, Naxçıvan Dövlət Tarix muzeyində, Hüseyn Cavidin Ev Muzeyində, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.