STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
QƏDİMOV Sabir Firudin oğlu 30.03.1937-ci ildə Naxçıvan şəhərində anadan olmuş və 30.11.1985-ci ildə həmin şəhərdə vəfat etmişdir. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi (1970). Moskvadakı Krupskaya adına Xalq Universitetinin Təsviri İncəsənət fakültəsində təhsil almışdır (1961-1966). SSRİ Rəssmlar İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvü idi (1970). Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı Gənclər bölməsinin rəhbəri olmuşdur (1971-1985). Naxçıvan MSSRİ Dövlət Televizya və Radio Verilişləri Komitəsində baş rəssam vəzifəsində işləmişdir (1964-1985). Türkiyə, İtalya, Bolqarıstan kimi xarici ölkələrdə, kecmiş SSRİ-nin bir çox müttəfiq respublikalarında, Bakıda və Naxçıvan şəhərlərində qarışıq sərgilərdə iştirak etmişdir. Protret, natürmort, tematika kompozisiyalı bir çox tablolar yaratmışdır. Onlardan: “Əshabi Kəhf” (1967), “Bahar” (1967), “Tufan” (1968), “Ordubad dağları” (1969), “Qış, qoca dənizçi” (1970), “Qızıl payız”, “Qayalar” (1971), “Naxçıvanda Bahar” (1973), “Türkiyə mənzərələri” (1974), “Aydın səma altında”, “Qış hapmoniyası”, “Qeyri-adi qaya” (1975), “Qaraçanaq”, “Nal bəndlər”, “Yusif Küseyr oğlu türbəsi”, “Araz SES” (1980), “Anam” (1983), “H.Cavidə həsr olunmuş silsilə tablolar” (1981- 1982), “Ana məhəbbəti”, “Gəmiqaya”, “İlk rəssamlar”, “Göygöl”, “Zorxana”, “İlanlı dağ”, “Nəhəcir”,(1983), “Koroğlu”, “Vayxır”, “Nəhəcir”, “Qədim Ordubad”, “Qədim Culfa”, “Çinarda qəssabxana”, “Aza körpüsü”,“Xırmanda”, “Gilan orta əsrlərdə” (1985) və s. əsərlərini misal göstərmək olar. Sabir Qədimov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulan Orxan Kamalın “Yad qızı” əsərinə səhnə tərtibatı verib (1984). Əsərləri Rusiya, Ukraina, Moldava, Gürcüstan, Belarusiya Türkiyə, İtalya, Bolqarıstan kimi xarici ölkələrdə, Bakıda, Naxçıvan Dovlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Cülfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.