STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Nilgün Çevik

Nilgün Çevik

   1956-cı ildə Türkiyənin Çorum şəhərində anadan olmuşdur. 1979-cu ildə Samsun Təhsil İnstitutu Rəsm bölməsindən məzun olmuşdur. Çorumda Milli Təhsil Nazirliyinə bağlı məktəblərdə Sənət müəllimi olmuşdur. Topkapı Sarayı Müqəddəs Əmanətlər Bölümü bərpa işlərində hazırlanmış məlumat lövhələrində onun ebrularından istifadə edilmişdir. Türkiyədə və xarici ölkələrdə bir çox qrup sərgilərinin müəllifidir. Ebru sənətini təbliğ etmək üçün Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən İspaniya, Fransa, Qırğızıstan, Çin, Bolqarıstan və İtaliyaya göndərilmişdir. Hitit Universitetində Türk Ənənəvi Əl Sənətləri kurslarında ebru sənəti müəllimidir. Muzeylərdə və xüsusi kolleksiyalarda bir çox əsərləri var. Çorum Bələdiyyəsi İncəsənət Muzeyinin yaradılmasında iştirak etmiş, Çorum bələdiyyəsinin sənət məsləhətçisi olmuşdur. Fəaliyyətini yaratdığı N’ART Qalereyasında davam etdirir. Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.