STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Tolga Akalın

Tolga Akalın

    1978-ci ildə Artvində anadan olmuşdur. Rəssam akademik təhsilini Qazi Universiteti Təhsil Fakültəsi Rəssamlıq bölməsində tamamlayıb. 2011-ci ildə o, eyni universitetə pedoqoji fəaliyyətini davam etdirmək üçün təyin edilib. 2015-ci ilin əvvəlində Giresun Universiteti Görele Gözəl Sənətlər Fakültəsində Dosent Dr kimi fəaliyyətinə davam etmişdir Rəssam Türkiyədə səkkiz fərdi sərgi açıb, yüzdən çox qrup  sərgisində iştirak edib. Rəssamın bir çox dövlət qurumlarında və şəxsi kolleksiyalarda rəsm əsərləri qorunub saxlanılır. Amerika, Macarıstan, Kipr və Misir də daxil olmaqla bir çox ölkələrdə keçirilən simpoziumlarda iştirak etmişdir. İncəsənət sahəsində kitabları, məqalələri, məruzələri var. Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.