STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Tapdıq Həmzəyev

HƏMZƏYEV Tapdıq Hüseyn oğlu 01.01.1956-cı ildə Kazaxstan Respublikası, Kirov rayonu Taldı Kurqan vilayətində anadan olmuşdur. Rəssam, dəmir üzərində döymə ustası. Bakı şəhərində 84 №-li Texniki Rəssamlıq Məktəbinin metal üzərində döymə - rəssam-dekorator ixtisasında (1972-1974) və Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil almışdır (1979-1981). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2013). Sumqayıt şəhərinin Sintetik Kauçuk zavodunda Sənayi-Estetik bölməsində rəssam-dekorayor kimi işləmişdir (1974-1981). Almaniyada xüsusi kəşfiyat bölüyündə (1976- 1978), SSRİ Ordusunda hərbi vertalyot eskadriliyasında ekipaj tərkibində (1981-1992) və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir (1992-2002). Azərbaycan Silahlı Qüvvələrindən yaşa görə ehtiyata çıxmış, zabitdir (2002). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi bütün tədbir və sərgilərin fəal iştirakçısıdır. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” loqotipinin müəllifidir (2018). “Naxçıvan-bəşəriyyətin beşiyi” III və V Beynəlxalq Rəsm Festivalının iştirakçısıdır (2018, 2021). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində plakat nominasiyası üzərə III yer qalibi olmuşdur (2019). Əsərləri: Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox xarici ökələrdə şəxsi kolleksiyalarda qorunub saxlanılır.