STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Elman Cəfərov

CƏFƏROV Elman Məhərrəm oğlu 05.07.1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Heykəltəraş – rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi (1989). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968-1972) və Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil almışdır (1975-1980). SSRİ rəssamlar ittifaqının Gənclər Bölməsinin üzvü olmuşdur (1980-1988). Azərbaycan Rəssamlar İttifaqının (1988) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbində rəsm müəllimi vəzifəsində işləmişdir (1972-1975). Haliyədə Naxçıvan Dövlət Universitetinin İncəsənət kafedrasının müəllimidir (2021). İsmayıl Məcidlinin “Cəmiyyətin fəryadı”. Bakı. “ADMİU” 2014, “İtirilmiş səadət”. Bakı. “Parus NP”, 2017, “Üzüm və insan”. Bak. “Papirus NPB” 2018-ci ildə nəşr olunmuş kitablarının iliustrasiyalarınında müəllifidir. Naxçıvan Rəssamlar Birliyinin keçirdiyi sərgilərin fəal iştirakçısıdr. “Naxçıvan - bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2021). 2021-ci ildə Naxçıvan Dövlət Universitetində və Naxçıvan MR rəssamlar birliyində anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley sərgiləri keçirmişdir. Bir çox Ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə iştirak etmişdir. Rəssamın yaradıcılığında Naxçıvan şəhərində ki, “Babək”in atlı heykəli, “Dədə Qorqud”heykəlinin ilkin variantının (indiki heykəl Çin Xalq Respublikasında yenidən bürüncdən tokülmüşdür), “Mir Həsən Seyidov”un büstü, “İdris Məmmədov”un, “Cəmşid Naxçıvanski”nin və “Abbasəli Nəzərəliyev”in barelyefləri, Babək rayonunda kı, “Babək”in heykəli, “Vəli Mahmudov”un, “Babək Şahverdiyev”in büstləri (Kültəpə k.) və İran İslam Respublikasının Poldəşt şəhərində qoyulmuş “M.H.Şəhriyar”ın monumental heykəltəraşlıq əsərləri xüsusi yer tutur. Onun rəngkarlıq əsərlərindən “Vətənə”, “Xudafərin körpüsü”, “Son görüş”, ”Novruz bayramı”, “Təbiət mənzərəsi”, “Çarıq tikən”, “Qədim naxış”, “Nalbənd”, “Üzüm bağları”, “Ot yığımı” tabloları İstər kompozisiya quruluşu, istərsə də, rəng effektinin zənginliyi baxımından seçilən əsərlərindəndir. Əsərləri: Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçılvan Dövlət Rəsm Qalereyası, Hüseyn Cavidin Ev Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi, Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyi və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.