STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Hökümə Məmmədli

MƏMMƏDLİ Hökümə Əsgər qızı 12.03.1975-ci ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin. Dekorativ-tədbiqi sənət fakultəsində (1994-1997) və Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət və Rəsmxət müəllimi ixtisası üzrə təhsil alıb (2003-2007). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2014). Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsində çalışır (2016). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində qrafika nominasiyası üzrə II yerin qalibi olub (2019). “Naxçıvan - bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2021). Naxçıvan R.ssamlar Birliyinin keçirdiyi bütün tədbir və sərgilərdə fəal iştirak edir. Yaradıcılığında qrafika texnikasına üstünlük verir. Əsərləri Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.