STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Türkan Quliyeva

Quliyeva Türkan  Məhəmmədəli qızı 3 - dekabr 1995-ci ildə Babək rayon Qahab kəndində  anadan olmuşdur.

2013-cü ildə Babək əliyev adına Qahab kənd orta məktəbini bitirmişdir.

2015-ci ildə Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakultəsinin Təsviri İncəsənət Müəllimliyi ixtisasına daxil olmuşdur. Universitetdə təhsil aldığı müddətdə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Rəssamlar Birliyinin təşkil etdiyi müxtəlif sərgilərdə iştirak edərək sertifikat, diplom və fəxri fərmanlarla təltif olunmuşdur. 2019-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

29 – may 2019-cu ildə Naxçıvan Dövlət Universitetində “ Rəngli Ziya “ adlı fərdi rəsm sərgisi keçirilmişdir.

2 - iyul 2019 - cu ildə Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzinin Sənətşünaslıq (Təsviri incəsənət tarixi və nəzəriyyəsi ) ixtisasına daxil olmuş Hal hazrda bu ixtisasın I kursunda təhsil alır.

Naxçıvan MR Rəssamlar Birliyinin Gənc Rəssamlar Şöbəsinin üzvüdür.

Naxçıvan MR-da keçirilən bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir.