STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
İSMAYILOV Cavid Vəli oğlu 25.01.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2010). Naxçıvan Dövlət Unveristetində Təsviri incəsənət və rəsmxət müəllimi ixtisası üzrə bakalavr (1999-2003) və Pedoqojika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsində təhsil almışdır (2003-2006). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Haliyədə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsində işləyir (2020). Təsviri İncəsənət kafedrasının dosentidir. Həmin üniverisitetin Memarlıq, və təsviri incəsənət kafedrasında müəllim, baş müəllim (2010-2018), Naxçıvan Müəllimlər İnistitutunda İncəsənət kafedrasının müdiri vəzifələrində işləmişdir (2019-2020). Əsərləri ABŞ-da – oktyabr 2000-ci ildə “Western Sprinqs” Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avraasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayında Təşəbbüskarlıq-Ticarət sərgisində nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Univeristetində (2004), Naxçıvan Rəssamlar Birliyində (2010, 2012), Türkiyə Cumhuriyyətinin Bolu şəhərində (2010) və Bakı şəhərində fərdi sərgilər keçirmişdir (2019). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan - bəşəriyyətin beşiyi” I, II, III, IV və V Beynəlxlaq Rəsm Festivallarının iştirakçısıdır (2012, 2014, 2016, 2018, 2021). Respublikamızda və xarici olkələrdə keçirilən bir çox qarışıq sərgilərdə və festivallarda iştirak etmişdir. O cümlədən: Türkiyənin Fırat Universiteti (2003), Qars-Qafqaz Universiteti (2006), İran İslam Respublikası gənc rəssamların festivalı (2007), Ərzurum festivalı (2009) və Malaziyada keçirilən sərgidə fəal iştirak etmişdir (2011). Naxçıvan Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində rəngkarlıq nominasiyası üzrə III yerin qalibi olmuşdur (2019). Əsərləri ABŞ, Türkiyə, İran, Türkmənistan, Malaziya kimi xarici ölkələrdə, Naxçıvan şəhərində ki Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Xatirə Muzeyində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Bakı şəhərində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.