STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Vüqar Mehdiyev

MEHDİYEV Vüqar Valeh oğlu 07.06.1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Naxçıvan Dövlət Universitetində Təsviri İncəsənət və Rəsmxətt müəllimi ixtisası üzrə təhsil almışdır (2006-2010). Naxçıvan MR Rəssamlar Birliyinin (2013) və Azərbaycan Rəssamlar ittifaqının üzvüdür (2015). Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor vəzifəsində çalışır (2011). “Naxçıvan - bəşəriyyətin beşiyi” I, II, III, IV və V Beynəlxalq Rəsm Fstivalının iştirakçısıdır (2012, 2014, 2016, 2018, 2021). Mütamadi olaraq Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi tədbirlərdə və müsabiqələrdə iştirak edir. Əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda saxlanılır.