STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
MƏMMƏDOV Səməd Əsgər oğlu 15.05.1956-cı ildə Babək rayonunun Nəzərabad kəndində anadan olmuşdur. Rəssam. Bakı şəhər 84№-li Rəssamlıq Məktəbinin Tərtibatçı rəssam ixtisasını (1974-1976) və Naxçıvan Dövlət Universitetinin İbtidai sinif müəllimi ixtisası üzrə təhsil almışdır (1983-1988). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2014). 1990-1996-cı illərdə Naxçıvan MR Estetik Tərbiyə Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Naxçıvan Dövlət Tarix Muzeyində (1976) və Naxçıvan şəhər Pioner və Məktəblilər Sarayında tərtibatçı rəssam (1979), Naxçıvan şəhər Pioner və Məktəblilər Sarayında Təsviri-yaradıcılıq Studiyasının (1981), Naxçıvan MR Estetik Tərbiyə Mərkəzinin Rəsm studiyasının (1996-2002) və Bakı şəhər Uşaq və Gənclər Sarayında Rəsm dərnəyinin rəhbəri olmuşdur (2004-2012). Ayrıca Bakı şəhər 2 №-li İnternat Məktəbində tərbiyəçi müəəlim (2003-2004) və Didivar kənd tam orta məktəbində. Dərs hissə müdiri vəzifələrində çalışmışdır(2012-2020). Əsərləri Türkiyə, İran kimi xarici ölkələrdə, Naxçıvan və Bakı şəhərlərində bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.