STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
QULİYEVA Fizzə Qulu qızı 25.02.1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət və rəsmxət müəllimi” ixtisası üzrə bakalavr (2004-2008) və “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr pillələrini bitirmişdir (2009-2011). Azərbaycan Rəssamlar İttifaqının (2012) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2013). Naxçıvan Dövlət Universitetinin “Universitet dünyası” muzeyinin müdiri (2011-2013) və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri vəzifələrində işləmişdir (2013-2021). Naxçıvan Dövlət Tarix Muzeyinin müdiri. 3 kitabın, 80 elmi və publisistik məqalənin müəllifidir. 2015-ci ildə Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda. İlk fərdi yaradıcılıq sərgisini keçirmişdir. Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası tərəfindən tamaşaya qoyulmuş “Qəribə adam”, “Danabaş kəndinin məktəbi”, “Zəncirlənmiş Prometey” (2011, 2013), Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrınında “Nadanlıq” (2015) və “Çay dəstgahı” (2017) əsərlərinin quruluşçu rəssamı olmuşdur. Fizzə Quliyeva Tələbə və gənclər arasında keçirilən bir çox müsabiqələrin qalibi olmuşdur. Ocümlədən: “Tələbə Gənclər Festivalı” çərçivəsində “Gözəlliklər Gənclərin Gözü ilə” adlı rəsm müsabiqəsində I yer (2004), “Azərbaycan gənc nəslin gözü ilə” gənc rəssamların sərgi müsabiqəsində I yer (2007), 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar tələbələri arasında keçirilən rəsm müsabiqəsində I yer (2009, 2010), “31 mart azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tələbələr arasında rəsm müsabiqəsində I yer (2010). “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər həftəsi” nə həsr olunmuş tələbələr arasında rəsm müsabiqəsində I yer (2010), 26 fevral Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar tələbələri arasında keçirilən rəsm müsabiqəsində I yer (2011). Naxçıvan MR 90 illiyinə həsr olunmuş “Yurdum mənim” sərgi-müsabiqəsində I yer (2014) və Naxçıvan MR-da keçirilən “Bacarıqlı əllər” Festivalında I yerin qalibi olmuşdur (2016). 2010-cu ildə Naxçıvan Muxtar Respublikasında ilin ən yaxşı gənc rəssamı və 2016-cı ildə isə ilin ən fəal gənc rəssamı adına layiq görülmüşdür. “Naxçıvan - bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2021). Əsərləri Naxçıvan şəhərindəki Xatirə Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.