STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Eldar Bayramov

BAYRAMOV Eldar Bayram oğlu. 29.01.1969-cu ildə Culfa şəhərində anadan olmuşdur. Rəssam. Bakı şəhəri 84 nömrəli texniki peşə məktəbinin “Reklam tərtibatı üzrə icraçı rəssam” sənətini (1986-1988) və Bakı Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil almışdır (1994-1996). Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür (2017). Əsasən rəngkarlığın müxtəlif janrlarında işləyir. Əsərlərində döğma rayonu olan Culfa mənzərələri üstünlük təşkil edir. Culfa şəhər 1 nömrəli məktəbdə təsviri sənət müəllimi vəzifəsində işləyir (1997-2021). Rəssamlar Birliyinin təşkil etdiyi sərgi və müsabiqələrdə fəal iştirak edir.