STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ləman Məmmədova

MƏMMMƏDOVA Ləman Aslan qızı 16.06.1978-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam, sənətşünas. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr (1995-1999) və həmin Universitetdə Mədəniyyətşünaslıq ixtisası üzrə magistratura təhsili almışdır (1999-2001). Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasıının baş müəllimidir (2001). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2017). Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində plakat nominasiyası üzrə həvəsləndirici diploma layiq görülmüşdür (2019). 60-dan çox elmi əsərin, monoqrafiya, dərs vəsaiti və proqramların, elmi məqalələrin və tədris metodik vəsaitlərin müəllifidir. Məqalələri Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Rusiyada, İngiltərədə, Almaniyada və s. ölkələrdə dərc olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Milli dəyərlərimizin təbliğat sahəsindəki səmərəli xidmətlərinə görə” diplom ilə təltif olunmuşdur (2017). Naxçıvan MR Rəssamlar Birliyində keçirilən sərgilərin fəal iştirakçısıdır  əsərləri Bakı və Naxçıvanşəhərlərində bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.