STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Mahir Xəlilov

XƏLİLOV Mahir Xanlar oğlu 14.03.1960 Qərbi Azərbaycanın Göyçə Mahalının Basarkeçər rayonunun Kərkibaş kəndində anadan olub. Rəssam. Pedaqogika üzrə fəlsəfə doktoru(2006). İndiki Nəsrəddin Tusi adına Azərbaycan Dovlət Pedaqoji Univerisitetinin Bədii qrafika fakültəsində təhsil almışdır (1982-1987). !987-ci ildən Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət kafedrasında çalışır. Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). 15-dən artıq elmi məqalənin və 2  metodik vəsaitin müəllifidir. Naxçıvan MR Rəssamlar Birliyinində keçirilən sərgi və tədbirlərin fəal iştirakçısıdır. Əsərləri Rusiya, Türkiyə İran kimi xarici ölkələrdə, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda qorunub saxanılır.