STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Əlövsət Allahverdiyev

ALLAHVERDİYEV Əlövsət Ərrəhman oğlu. 12.02.1957-ci ildə Babək rayonunun Yuxarı Uzunoba kəndində anadan olmuşdur. Rəssam, qrafik. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1975-1981) və Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun Rəssamlıq fakültəsinin Sənaye qrafikası ixtisasını bitirmişdir (1983-1988). Azərbaycan Rəssamlar İttifaqının (1997) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müəllimidir. Hələ tələbə ikən 1982-ci ildə Bakıda keçirilən “Sülhün və sosializmin keşiyində” adlı Ümumittifaq plakat sərgisində II yeri tutmuşdur. Minsk, Tallin, Moskva (1986), Tiflis, Aşqabad (1989) və başqa şəhərlərdə keçirilən sərgilərdə fəal iştirak etmişdir. “Naxçıvan” Universiteti loqotipinin müəllifidir. Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində plakat nominasiyası üzrə II yerin qalibi olmuşdur (2019). Mütamadi olaraq Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi sərgilərində iştirak edir. Əsasən plakat janrında işləsə də, yaratdığı əsərləri içərisində portret janrı üstünlük təşkil edir. 1992-2000-ci illərdə Türkiyənin Antaliya şəhərində portretçi rəssam kimi fəaliyyət göstərib. Portretləri Naxçıvan, Bakı, Tiflis, İstanbul, Ankara, Bodrum, Antaliya, Kapatokiya, Konya, Niğdə, Diyarbəkir, Kastamonu, Urfa, Ərzurum, Kars, Adıyaman, Bursa, İzmir, Uşak, Muş, Dənizli, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kiyev, Xarkov, Tallin, Samara, Kazan, Orenburq, Paris, Vyana, Roma, Oslo, Amsderdam, Berlin və Avropanın bir çox şəhərlərində şəxsi kolleksiyalarda qorunub saxlanılır.