STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

22 yanvar 2019 Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasından 127 il ötür

22 yanvar 2019 Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasından 127 il ötür

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkında rəssamın abidəsi önünə gül dəstələri düzüblər. Sonra muzey ziyarət olunub.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, Azərbaycan boyakarlığında realizmin əsasını qoyan Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən qaynaqlanır.

Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb.

Foto reportaj Naxçıvan Rəssamlar Birliyinin rəssam-fotoqrafı Araz Xudiyev etmişdir.

Qalereya