STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
1-8 noyabr 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri. Muğla-Fethiyədə ll " Dənizlərimiz və Rənglərimiz " Beynəlxalq Rəsm Plener-Festivalında iştirak etmişlər.
1-8 noyabr 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri. Muğla-Fethiyədə ll " Dənizlərimiz və Rənglərimiz " Beynəlxalq Rəsm Plener-Festivalında iştirak etmişlər. 2018-ci ildən start alan festivala, bu il 6 ölkədən 14 rəssam qatılmışdır. (Türkiyə, Azərbaycan, Qazaxstan, Özbəkistan, Gürcüstan, İran, Venqriya) Sözü gedən Festivalda Azərbaycanı-Naxçıvan Muxtar Respublikasından Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı, Ülviyyə Həmzəyeva , Təsviri İncəsənət kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Televiziyasının əməkdaşları,Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev və Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov, rəssam-heykəltaraş,musiqiçi Vədut Muəzzin təmsil etmişlər.
Festival-simpozium Fethiye Dəniz Ticarət Dipartamenti və Fethiyə Bələdiyəsi tərəfındən təşkil olunmuşdur.
Tədbirin ilk günü, Bələdiyə köməkçisi Yavuz Topateş və Fethiyə Mədəniyyət komitəsinin rəhbəri Halime Ok rəssamlarımızı səmimi qarşılamış,gələcək əməkdaşlıqdan söhbət etmişlər. Festival Egey, Ağ dəniz sularında həm su üzərində ,həm də ki su altında iki hissəli olaraq keçirilmişdir. Dünyada ilk dəfə Türkiyədə keçirilən bu festivalın konsepsiyası, diqqəti dənizlərə, dünya ekologiyasına, ətraf mühitə, təbii gözəlliyə diqqətləri çəkməkdir. Fethiyə Bələdiyyəsi Alim Karaca və rəssam-şairə Minə Sarmış Çaylakın kuratorlluğında olan Festivalın proqramında ilk olaraq Fethiyənin tərixi önəmli yerlərinin ekskursiyası keçirilmiş, iştirakçılara gözəl şəhərin tarixi haqqında ətraflı məlumat verilmişdir. Festivalın əsas hissəsi dənizdə keçirildiyindən, iştirakçılar iki gəmidə həm plenar etmişlər, həm də xususi olaraq dəniz altında plenar etmək üçün məşqlər keçmişlər. Məşqlər 2 günlük, çox dərin məsafədə olmamaq şərti ilə professional dalğıclar tərəfindən keçirilmişdir.Növbəti günlər su altında xususi kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilmişdir. Su altında plener edən rəssamlarımız maraqlı və çox böyük əmək tələb edən prosesin öhtəsindən layiqincə gəlmişlər. Rəssamlarımızın həm su üzərində, həm dənizdə ərsəyə gətirdikləri işlər tamaşıçılar tərəfindən heyrətlə qarşılanmışdır. Rəssamlar Birliyinin üzvü Murad Nurlunun "Fethiyə limanı" adlı əsəri Fethiyə şəhərində çap olunan Dəniz Ticarət Dipartamentinin jurnalın üz qabığı üçün seçilmişdir.
Rəssamlarımızın gərgin iş prosesinə baxmayaraq, rəssam dostlarımızın əhatəsində 9 noyabr "Dövlət Bayraq günü"də qeyd olunmuşdur. Plenarın sonunda Bələdiyyə sədri Alim Karaca (Bələdiyyə sədri dəniz altında Atatürkün portretini etmişdir),valinin və Fethiyə Dəniz ticarət Departamentinin başçısı Şaban Arıkan ilə gəmidə görüş olmuş,festivalın gedişatı haqqında müzakirə olunmuşdur.7 noyabr "Dənizlərimiz və Rənglərimiz " ll Beynəlxalq dəniz altı və dəniz üstü Rəsm Festival-Plenerinin qapanış tədbiri-sərgisi keçirilmişdir. Sərgi, Fethiyə Bələdiyyəsinin nəzdində olan sərgi salonunda keçirilmişdir. Qapanış tədbirində Muğla valisi, xanım Esengül Çevilek iştirak etmişdir. Qapanış tədbirində vali nitq söyləmiş və Festivalda iştirak edən rəssamlara təşəkkür etmişdir. Xususilə, tədbirə dəstək göstərən və iştirak edən millət vəkilləri-rəssamlara təşəkkür edilmişdir. Çıxışlardan sonra, rəssamlara plaketlər təqdim edilmiş, hədiyyələr verilmiş, sərgini açıq elan edən qırmızı lent kəsilmişdir. Sərgidən sonra,konfrans zalında Bodrum-Muğla Universitetinin prorektoru Tuncay Kulelinin aparıcılığı ilə "Dəniz Çevresi koruma" adlı simpozium keçirilmişdir.Çıxışlardan sonra, ll Beynəlxalq "Dənizlərimiz və rənglərimiz" adlı Plenerin video çarxı təqdim olunmuşdur. Tədbir, Fethiyə Bələdiyyəsi Alim Karaca tərəfindən təşkil olunmuş ziyafətlə sonlanmışdır. Ekspozisiyada 14 rəssamın, 90 yaxın işi sərgilınmişdir.