STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

26 oktyabr, Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi-müsabiqə keçirilmişdir.

Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ərturan Mərdanov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, yaradıcı və istedadlı gənclərə göstərilən dövlət qayğısı, həmçinin, sağlamlıq imkanları məhdud şəxslərə yaradılan şərait haqqında məlumat vermişlər. Həmçinin bildirmişlər ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənclərin bacarıqlarının üzə çıxarılması, sağlamlıq imkanları məhdud uşaqlarda özünə inamın yüksəldilməsi və onaların cəmiyyətə inteqrasiyası, bu qrupdan olan istedadlı uşaqların üzə çıxarılmasıdır. Müsabiqəyə 49 nəfər gənc və sağlamlıq imkanları məhdud uşağın 100-ə yaxın əl işi təqdim olunmuşdur. Müsabiqədə münsiflər heyəti tərəfindən rəsm və dekorativ tətbiqi sənət üzrə I yerlərə Xudanlı Veysəl (dekorativ), Novruzov Firuz (rəsm), II yerlərə Həsənli Məhəmməd, Paşayev Eldar, III yerlərə Quliyev Zəfər, Zamanova Nurtac, Hüseynov Arzu, Cəlilov Abbas layiq görülmüşlər. Qaliblər və müsabiqədə fərqləndiklərinə görə Vəliyeva Leyla, Muradova Səkinə, İbadzadə Ziya, Seyidova Maisə, Məhərrəmov Kamil, Bəylərova Həcər, Muradova İnci, Əsgərova Jalə və Hüseynzadə Novruz təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.