STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvanda gənc rəssamların hesabat sərgisi və vəsiqələrin təqdimatı olub- FOTO 23.11.2020

Naxçıvanda gənc rəssamların hesabat sərgisi və vəsiqələrin təqdimatı olub- FOTO

23 noyabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda tədbir keçirilib. Bəhruz Kəngərli adına Sərgi Salonunda Gənc rəssamlar bölməsi üzvlərinin hesabat sərgisi və onlara üzvlük vəsiqələrinin təqdimatı keçirlib.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində ilk dəfə olaraq yaradılan Gənc rəssamlar bölməsi muxtar respublikada rəssamlıqla məşğul olan gənclərin yoluna işıq olacaq. Buraya üzv olan və yaxud üzv olmaq istəyən gənclər professional rəssamlarımızla bir yerdə işləyə, fikir mübadilələri apara, yeni layihələr irəli sürə biləcəklər. Gələcəkdə onların sərgilərinin keçirilməsi də nəzərdə tutulur.

Sərgidə 25 gənc 75 rəsm əsəri nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərov və Məhəmmədəli Ələkbərov, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev çıxış edərək sərgisi təşkil olunan gənc rəssamların  fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda gənclərə Rəssamlar Birliyinin diplomları və Gənc rəssamlar bölməsinə üzvlük vəsiqələri təqdim edildikdən sonra sərgiyə baxış keçirilib.

 

Qalereya