STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Şuşa! sən azadsan" şüarı altında sərgi keçirilmişdir

22 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda "Şuşa ili" çərçivəsində "Şuşa! Sən azadsan" şüarı altında profesional və gənc rəssamların birgə sərgisi açıldı. Sərgi ekspozisiyasına təsviri incəsənətin bütün janrlarında, o cümlədən dekorativ tətbiqi sənət nümunələri də sərgilənmişdir. Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi. Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva sərgini açıq elan etmiş, sərginin mahiyyəti barəsində ətraflı məlumat vermişdir. Tədbirdə əməkdar rəssamlar Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Həbibə Allahverdiyeva və digər qonaqlar çıxış etmişlər və çıxışların sonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrin zabiti mayor Zamanov Bəhruz müəllifi olduğu 44 günlük Vətən Müharibəsi haqda şe'rini qiraət etmişdir. Eekspozisiyada 44 günlük Vətən Müharibəsinin rəmzi olaraq 44 əsər sərgilənmişdir. Sonda sərgiyə baxış olmuş və xatirə fotosu çəkdirilmişdir.

Foto reportaj Araz Xudiyev 

Qalereya