STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Türkiyəli rəssam Nilgün Ayşecik Çevikin Möminə xatın türbəsinə həsr olunmuş əsəri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə olunub

Türkiyəli rəssam Nilgün Ayşecik Çevikin Möminə xatın türbəsinə həsr olunmuş əsəri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə olunub


  Bu münasibətlə sentyabrın 21-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində təşkil edilmiş mərasimdə  Türkiyə Cümhuriyyətinin  Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva, rəssamlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimi giriş söz ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev ümummilli lideri Heydər Əliyevin muzeyşünaslığın inkişafı ilə bağlı xidmətlərindən bəhs edib. 
Azərbaycan dövlətçilik tarixinin, memarlığının, qadına, anaya olan münasibətin şah əsərlərindən biri sayılan Möminə xatın türbəsinin bu gün də rəssamların yaradıcılığına təsir göstərdiyini vurğulayan Piri Nağıyev qardaş ölkənin tanınmış fırça ustalarından  olan Nilgün Ayşecik Çevikin  rəsm əsərinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində  nümayiş olunmasının çox sevindirici olduğunu vurğulayıb, müəllifə  və rəsm əsərini muzeyə hədiyyə etdiyinə görə Ülviyyə Həmzəyevaya  təşəkkürünü bildirib. 
Rəsm əsərinin yaranma tarixçəsi və işlənmə texnikasından danışan Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, “Möminə Hatun türbesi” əsəri müasirliyi və qədimliyi özündə birləşdirən unikal bir əsərdir. Rəssam  kətan üzərində ebru və akril boya ilə çəkdiyi rəsm əsərini “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında iştirak zamanı ərsəyə gətirib.
Sonra çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Möminə xatın türbəsinin bir çox türk  rəssamı tərəfindən kətan üzərinə köçürüldüyündən bəhs edib və belə bir tarixi məkanda türk rəssamının əsərinin nümayiş olunacağından qürur hissi keçirdiyini bildirib.

Qalereya