STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Tariximizin qəhrəmanlıq salnaməsi” adlı sərgi açılıb.

Bununla bağlı keçirilən tədbirdə ilk olaraq ölkəmizin azadlığı, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən danışıb. O bildirib ki, xalqımız bu mübarizədə azadlığı, suverenliyi uğrunda şəhid versə də, lakin öz iradəsindən dönməyib. Rəssamlarımız da hər zaman tariximizin bu qəhrəmanlıq dövrünü öz əsərlərində əks etdirirlər.  Bu gün açılan sərgidə də Naxçıvan rəssamlarının  20 Yanvar hadisələrini özündə ehtiva edən rəsm əsərləri nümayiş olunur.
Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Asip Kaya 20 Yanvar hadisələrinin Azərbaycanın azadlıq və müstəqillik yolunda  əsl mübarizə tarixi olduğunu vurğulayıb, şəhidlərin  xatirəsinin Azərbaycan və Türk xalqları üçün əziz olduğunu bildirib.
Daha sonra rəssamların çıxışları olub.
Qeyd edək ki, bir həftə davam edəcək sərgidə 15 rəssamın 30 əsəri sərgilənir.
Məlumat:  Naxçıvan Rəssamlar Birliyi' nin üzvü-jurnalist Aida Ibrahimova 

Qalereya