STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 95 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “YURDUMUN RƏNGLƏRİ” ADLI FESTİVAL

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 95 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR “YURDUMUN RƏNGLƏRİ” ADLI FESTİVAL

 

  Tarixən Naxçıvanda rəssamliq sənətinə böyük maraq olmuşdur. XII əsrdən başlayaraq Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan memarlıq məktəbinin təsiri altında memarlarla yanaşı, rəssamlar va digər dekorativ tətbiqi sənət ustaları da yetişmiş, Naxçıvan rəssamlıq məktəbi formalaşmışdır. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərli, Şamil Qazıyev, İbraim Safi və digər görkəmli rəssamlar bu məktəbin yetirmələridir.

  Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənəti bu gün də hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamları ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin, Naxçıvan şəhər Uşaq Musiqi va Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, parkda görkəmli rəssam Bəhruz Kəngərlinin abidəsi qoyulmuşdur. Bununla yanaşı, Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110, İbrahim Safinin 120, Rəssamlar Birliyinin 40 illik yubileyləri muxtar respublikada geniş qeyd edilmişdir. Ali Məclis Sadrinin qayğısı ilə 2013-cü ildə Naxçıvan Muxtar Respublikasi Rəssamlar Birliyi yeni bina ilə təmin edilmişdir.

  Muxtar respublikada rəssamların yaradiciliq imkanlarının yaxşılaşdırılması da diqqətdə saxlanmış, hər cür şəraiti olan emalatxanalar rəssamların istifadəsinə verilmis onların fərdi sərgiləri təşkil edilmiş, albom-kataloqları nəşr olunmuş, fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlara layiq görülmüşlər.

  Muxtar respublikada istedadlı gənc rəssamların üzə çıxarılması və onların rəssamlıq sənətini daha dərindən öyrənmələri də diqqətdə saxlanılmış, Naxçıvan Dövlat Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi və rəngkarlıq ixtisasları açılmış, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov rəssamlıq sənətinə göstərilən qayğının əhəmiyyətini vurğulayaraq demişdir: "Bu sahəyə ona görə diqqət göstərilir ki, Rassamlar Birliyi muxtar respublikanın ictimai həyatında fəal iştirak etsin, yeni rəssamlar yetişdirilsin, Bəhuz Kəngərli ilə başlanan yol davam etdirilsin. Bu gün muxtar respublikamızda professional rəssamlar fəaliyyət göstərir. Onlar təkca ölkəmizdə deyil Azərbaycandan kənarda da tanınırlar, müxtəlif ölkələrdə sərgiləri təşkil olunur. Bu sahənin daha da inkişaf etdirilməsi üçün rəssamların üzərinə mühüm vəzifələr düşür. Tarixin yaşadılması baxımından rəsm əsərləri mühüm əhəmiyyət daşıyır. Vaxtilə Bəhruz Kəngərlinin, Şamil Qazıyevin çəkdiyi rəsm əsərlərində Naxçıvanın tarixi, abidələri, adət ənənələri öz əksini tapmışdır. Naxçıvanın təbiəti, tarixi rəssamlar üçün mövzu, hər bir güşəsi isə bir rəsm əsəridir".

 

  Bu gün də Naxçıvan Muxtar Respublikasında zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunub saxlanılması və inkişafı üçün ardıcıl tədbirlər görülür, yaradıcı şəxslərə dəstək verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 may 2019-cu il tarixli "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Rəsm Festivalının keçirilməsi haqqında" Sərəncamı da hayata keçirilən bu işlərin davamıdır. Sərəncama əsasən
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Rassamlar Birliyinin təşkilatçılığı ilə "Naxçıvan 95" devizi altında festival-müsabiqə keçirilmiş, müsabiqəyə rəngkarlıq, qrafika, dekorativ tətbiqi sənat və plakat nominasiyaları üzrə 29 rassamın 37 əsəri təqdim olunmuşdur. Bu əsərlərdə xalqımızın milli dəyərləri, tarixi abidəlori, son illərdə aparılan abadlıq-quruculuq işləri və Naxçıvan mənzərələri tərənnüm edilir.

 

  Müsabiqədə qalib olan rassamlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən pul mükafatı və Rəssamlar Birliyinin diplomları taqdim olunmuşdur.

 

Qalereya