STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan rəssamlarının illik hesabatı keçirilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda birliyin illik hesabatı keçirilib.

Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canını qurban vermiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq ötən il ərzində görülən işlərdən danışıb.

Qeyd olunub ki, 2023-cü ildə Naxçıvan rəssamlarının əsərləri ölkədaxili sərgi və tədbirlərdə, eləcə də ölkə xaricində sərgilənib. Ötən il ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə, həmçinin Naxçıvan şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində keçirilən əlamətdar tədbirlərdə rəssamlar Azərbaycan mədəniyyətinə öz töhfələrini vermişlər.

Daha sonra Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, birliyin üzvü Həbibə Allahverdiyeva, Gənc Rəssamlar Birliyinin üzvü Fərqanə Seyidova rəssamlara göstərilən dövlət qayğısından danışıb, müasir mədəniyyətimizin inkişafında Naxçıvan rəssamlarının əməyindən bəhs ediblər.

Aidə İBRAHİMOVA

  22-02-2024 18:22
Qalereya