STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə "Qəhrəman qadın" adlı sərgi keçirildi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları üçün “Qəhrəman qadın” adlı sərgi-tədbir təşkil olunub.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva şəhid analarını təbrik edib, qəhrəman övladlarının şücaətləri üçün minnətdarlığını bildirib.  Qeyd olunub ki, dövlət şəhid ailələri, müharibə veteranları və qazilərə yüksək diqqət, qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.  Sərgi-tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Aidə Allahverdiyeva, Aidə Cəlilzadə, muxtar respublikanın Əməkdar rəssamları Həbibə Allahverdiyeva, Həmzə Sadiqov çıxış ediblər. Şəhid ailələrindən Raqib Hüseynovun anası Rəna Hüseynova, Vəli Quliyevin anası Həqiqət Quliyeva xoş arzularını dilə gətiriblər.  Tədbirdə uşaqlar tərəfindən şeirlər, musiqi nömrələri səsləndirilib.  Sonda Rəssamlar Birliyi tərəfindən şəhid analarına təşəkkürnamələr təqdim edilib, sərgiyə baxış olub.  Qeyd edək ki, bir həftə davam edəcək sərgidə 24 rəssamın 40 əsəri nümayiş olunur.

  11-03-2024 11:06