STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
"Azərbaycan Təsviri incəsənətində Mirzə Qədim İrəvaninin yaradıcılığı" mövzusunda elmi-praktik konfrans keçirilib
Naxçıvan MR Rəssamlar Birliyinin, Naxçıvan Dövlət Universitetinin, AMEA Naxçıvan bölməsinin, Naxçıvan Müəllimlər İnstitunun, Qərbi Azərbaycan İcmasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə B.Kəngərli adına Sərgi Salonunda "Konstitusiya və Suverenlik ili " çərçivəsində, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş "Azərbaycan Təsviri incəsənətində Mirzə Qədim İrəvaninin yaradıcılığı" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaq bütövlüyü uğrunda döyüşlərdə şəhid olunanlar bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Himni səsləndirilib.
Elmi-praktik konfransda AMEA - Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin Rektoru Elbrus İsayev çıxış edərək, konfransın önəmi haqqında ətraflı çıxış ediblər.
Sonra, konfransın moderatoru, sənətşünas Nizami Alıyev konfransın gedişatı ilə tanış edərək, proqramı səsləndirmişdir.
Elmi-praktik konfransda, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıą üzrə fəlsəfə doktoru, dosent - Həbibə Allahverdiyeva "Mirza Qədim İravaninin həyat və yaradıcılığı",
АМЕА naxçıvan Bölməsinin şöbə müdiri- Şəmsiyyə Zalova "Millilkimliyini imzasında qürurla daşıyan rəssam", Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru - Fizzə Quliyeva" Mirzə Qədim İrəvaninin yaradicılığında Qacar üslubunun interpretasiyasi",
Naxçıvan Dövlət Universitetinin dosenti, musiqişünaslıq üzrə fəlsəfə doktoru - Sevda Xəlilova "Mirzə Qədim İrəvaninin yaradıcılıq mərhələləri" mövzularında çıxış etmişlər.
Konfransda KİV nümayəndələri, Azərbaycan Respublikasının Milli Məclisin deputatları, Naxçıvan MR Ali Məclisinin deputatları, Naxçıvanda Türkiyə Respublikasının Konsulu, Kamil Əliyev adına Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Ədəbiyyat Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Rəssamlar Birliyinin üzvləri və əməkdaşları iştirak etmişlər.
Konfransın sonunda xatirə şəkli çəkdirilmişdir.