STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Dieqo Daha Yaxşı Gələcəyin Vədi

25 aprel - Dieqo Rivera Anauakali Muzeyi, Meksikanın Azərbaycandakı Səfirliyi və Naxçıvan Rəssamlar Birliyi ilə əməkdaşlıq əsasında görkəmli rəssam Diyeqo Riveranın muzeyində yerləşən əsərlərinin fotorepraduksiyalarından ibarət sərgi açılıb.

Sərgi "DiEQO: Daha yaxşı gələcəyin vədi" adlandırılıb.

Sərginin təqdimatını və rəssam haqqında məlumatı Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Azərbaycan Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva edib.

Sonra, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Viktoriya Romero çıxışını təqdim edib.

Çıxışdan sonra sərgiyə baxılıb və ziyalılarla diskussiya aparılıb.

Sərgidə: millət vəkilləri, QHT, dövlət və hökümət üzvləri, sənət adamları, gənclər və Naxçıvan sakinləri iştirak etdilər.

Ülviyyə Həmzəyeva:

Qeyd edim ki, milli mədəniyyətimizin inkişafında. Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu var və bu gün toplaşdığımız bu məkan, Öndərimizə 1971-ci ildə müraciət edən naxçıvan rəssamlarının sayəsində fəaliyyət göstərir. Təşkilat olaraq yaradılan Rəssamlar Birliyi bu gün özünün ətrafına 60 çox üzv toplayır. Onlardan xarici ölkələrdə bizi layiqincə təmsil edənlərdə var. Bu gün Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonu bir çox mötəbər sərgilərin keçirildiyi məkana çevrilib. Beynəlxalq festivallar, sərgilər yalnız rəssamlarımızı deyil, doğma diyarımızın tanıdılmasında da mühüm rol oynayır.

Azərbaycanda digər sahələrə olduğu kimi, rəssamlıq sahəsinə də ölkə rəhbəri tərəfindən böyük diqqət və qayğısını görə bilərik. Azərbaycan bu gün hər müstəvidə, istər siyasi-istər iqtisadi, o cümlədən mədəni sənət platformasına çevrilib.

Bu gün öz zəfərini qeyd edən Azərbaycan bir çox festivallar məskənidir, bunlardan ən mötəbəri isə Şuşa şəhərində keçirilən festivallar və Qərbi Azərbaycana Qayıdış konsepsiyasına uyğun digər mədəni lahiyələrdir.

Azərbaycan multikultural və dostsevər ölkədir. Öz sözündə bütöv, addımlarına əmin. Buna görə də bu gün Azərbaycan regionda sabitliyin qorunması üçün bütün imkanlardan istifadə edir.

Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında həm diplomatik, həm Parlamentarası əlaqələr ən yüksək xətlə davam edir.

Mən Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin və həmçinin Parlamentlərarası dostluq qrupunun üzvü olaraq, bildirmək istəyirəm ki, xanım Viktoriya Romeronun xidməti dövründə bir çox sahələrə qarşı, xususu ilə də mədəniyyət sahəsinə böyük diqqət artmışdır. " Mədəniyyət - xususu olaraq da incəsənət - insanları birləşdirir, xarici dil bilməsən belə sənət dili anlaşılan və möhtəşəmdir".

Qədim tarixə və "inklərə" dək dayanan köklərə sahib bu günkü Meksika Azərbaycanı dəstəkləyən ölkələrdən biridir.

Bir daha bizim gözəl diyarımızda sizi salamlayırıq.

Ona doğulduqda verilən adı çox uzun idi: Dieqo Mariya de la Konsepsion Xuan Nepomuseno Estanislao de la Rivera Barrientos Akosta Rodriqes idi. Sonralar o, sadəcə Dieqo Rivera kimi tanındı — meksikalı rəssam, monumentalçı və sol baxışlı siyasi xadim. O, 8 dekabr 1886-cı ildə Meksikada anadan olmuşdur.

1896–1902-ci illərdə Rivera Meksikada yerləşən "Academia de San Carlos" Akademiyasında rəsm və boyakarlıq dərsləri aldı. Daha sonra təqaüd qazanaraq İspaniyaya getdi. 1907–1921-ci illərdə Avropada yaşadı. Öncə Madrid Akademiyasında təhsil aldı, sonra Parisdə (1909–1920), İtaliyada (1920–1921) yaşayıb çalışdı, həmçinin Belçika, Niderland və Böyük Britaniyada oldu. O, Paris sənət mühiti ilə yaxın əlaqədə idi, o cümlədən Pablo Picasso və Alfonso Reyes ilə tanış idi. Rivera həm klassik Avropa incəsənətindən, həm də modernizmdən, xüsusilə kubizmdən təsirlənmişdi. Eyni zamanda, Meksikanın ənənəvi sənət üslublarına da bağlı idi.

1922-ci ildə Rivera Meksika Kommunist Partiyası sıralarına qoşuldu. 1927-ci ildə SSRİ-yə səfər etdi və 1928-ci ildə “Oktyabr” birliyinin qurucularından biri oldu.

1929-cu ildə o, məşhur rəssam Frida Kahlo ilə evləndi. Onların münasibəti həm incəsənətə, həm də ortaq kommunist baxışlara əsaslanırdı və zamanla əfsanəyə çevrildi. Lakin həmin ildə Rivera Meksika Kommunist Partiyasından çıxarıldı və “trotskist simpatiyalarına” görə tənqid olundu. O isə öz növbəsində sovet incəsənətində hakim olan sosialist realizmin totalitar xüsusiyyətlərini sərt şəkildə tənqid edirdi.

Rivera bildirirdi ki, incəsənət həm yüksək estetik keyfiyyətə malik olmalı, həm də sadə, aydın və güclü olmalıdır. O, özünü “partizan” adlandıraraq deyirdi ki, onun silahı divarlar, boyalar və yaradıcılığıdır.

1930–1934 və 1940-cı illərdə ABŞ-da çalışdı. 1922-ci ildən etibarən o, Meksikanın monumental rəssamlıq məktəbinin əsas qurucularından biri oldu və çoxsaylı ictimai binaların divarlarını freskalarla bəzədi. Onun yaradıcılığında əsas mövzular Meksika xalqının folkloru, adət-ənənələri və ölkədəki inqilabi hərəkat idi.

1932–1933-cü illərdə o, Nyu-Yorkdakı Rockefeller Mərkəzi üçün “İnsan yol ayrıcında” freskasını yaratdı. Bu əsərdə kapitalizm və sosializm müqayisə olunurdu və mərkəzdə Leninin təsviri yer almışdı. Sifarişçi dəyişiklik tələb etdi, lakin Rivera razılaşmadı və nəticədə freska məhv edildi. Daha sonra o, bu əsəri Meksikada yenidən yaradaraq “İnsanın kainata hökmranlığı” adlandırdı və bu dəfə Trotskinin obrazı ilə əvəzlədi.

Rivera sonuncu dəfə 1955–1956-cı illərdə SSRİ səfər etdi. Orada onun çoxlu həmfikirləri və dostları var idi. Onlardan biri, onu Meksikada da yoluxan görkəmli rus şairi Mayakovski idi.

Diyeqo Rivera dünyada tanınmış rəssam və bu gün də sərginin adından "Daha yaxşı gələcəyin vədi" nə inandıram insan idi, Dieqo muharibə kabusundan-sülhə çağıran rəssam idi, O divarüstü rəsmdən, piramidaya dək ucalan şəxsiyyət idi, bu gün də Meksika xalqının ən böyük adlarından biridir.

Rəssam, 24 noyabr 1957-ci ildə Meksikada vəfat etdi və “Görkəmli şəxslər Rotondası”nda dəfn olundu.

Bu gün burada rəssamın əsərlərindən fotorepraduksiyalar və fəaliyyətini əks etdirən, 90 görüntü sərgilənir.

Sərginin quraşdırılmasında Naxçıvan Rəssamlar Birliyinin bütün komandasına dərin təşəkkürümü bildirirəm.

İndi isə icazənizlə, əsas çıxışlara keçək....

 

  28-04-2026 16:32
Qalereya